Digər XəbərlərFəaliyyətimizManşetXəbərlər

Türkiyənin Azərbaycandakı səfiri Birlik ofisini ziyarət edib

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç.Dr. Cahit Bağcı Axısxa Türklərinin tarixi vətən Axısxadan sürgün edilmələrinin 78-ci ili münasibətilə Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” ictimai birliyinin sədri Xalid Xəlilov, birliyin idarə heyətinin üzvləri və fəallar ilə birlik ofisində görüşdü.

Tədbiri giriş sözü ilə açan ATVİB sədri və DATÜB Azərbaycan təmsilçisi Xalid Xəlilov, 14 noyabr 1944-cü il Axısxa Türklərinin tarixi vətən Gürcüstanın Axısxa bölgəsindən sürgününün 78-ci ildönümündə Birlik ofisini ziyarət edərək Türkiyə dövlətinin və Türk millətinin Axısxa türklərinə olan dəstəyini ifadə edən Türkiyənin Azərbaycandakı səfiri Doç. Dr. Cahit Bağcıya təşəkkürünü bildirdi. Xalid Xəlilov, bir neçə gün bundan əvvəl Türkiyənin İstanbul şəhərində meydana gələn terror hadisəsi zamanı həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa dilədi.

Türkiyənin Azərbaycandakı səfiri Doç.Dr. Cahit Bağcı çıxışında Türkiyə dövlətinin bu günə qədər bu kimi terror hadisələri ilə sınaqdan keçirildiyini ancaq bu hadisələri törədənləri isə hər zaman cəzalandırdığını və cəzalandırmağa davam edəcəyini bildirdi.

Doç.Dr. Bağcı, bu hadisələr zamanı dayanışma və birlik sərgiləyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya, Xarici İşlər Naziri Ceyhun Bayramova, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə təşəkkür etdi.

Çıxışında, 14 noyabr tarixinin olduqca önəmli bir gün olduğunu vurğulayan səfir Doç. Dr. Cahit Bağcı bunları qeyd etdi.

“14 noyabr 1944-cü ildə Axısxa Türklərinin öz tarixi yurdlarından, vətənlərindən, torpaqlarından, ata-baba yurdlarından, xatirələrindən, atalarının məzarlarından qoparlışının 78-ci ildönümüdür. “Acı gedər, ağrısı qalar”. Axısxa Türklərinin acıları həm Azərbaycanda, həm də Türkiyədə yerləşməsi ilə biraz da olsa azalmışdır. Onlar öz dırnaqları ilə həyata tutunmağı bacardılar. Mən hər zaman, hər yerdə Axısxalı soydaşlarımızla görüşümüzdə Axısxa Türklərinin dünyanın ən çalışqan xalq, topluluqlarından biri olduğunu vurğulamışam. Getdikləri yerləri gözəlləşdirər, yenidən qurarlar, çünkü başqa edəcəkləri birşeyləri yoxdur. Bir-birilərinə dayaq olmağın zərurətinin ən böyük misalı kimi Axısxa Türklərini göstərmək olar. Çünkü onlar sürgün zamanı minlərlə həyatını itirənlərə rəğmən həyata tutundular, birbirlərinə dəstək oldular. Son günlərdə Azərbaycanda və Türk televiziya kanallarında Axısxa Türklərinin sürgünü ilə bağlı sənədli filmlər və video materiallar təqdim olunur. Bunları gördüyümüz zaman ürəklərimiz parçalanır. Sügünün canlı şahidlərini də izləmək qismət oldu. Həm rəhmətlik Ənsər dayını həm də Saatlıdaki digər ağsaqqallarımızdan yaşanmış hekayələrini canlı dinlədim.

Əlbətdə onların sürgündə yaşadıqları, sürgünün xatirələri onların övladları, nəvələri üçün və bütün Axısxalılar üçün bir əmanətdir. Axısxa Türklərinin bir-birlərinə dəstək olması üçün, dayanışma və birlik halında olması üçün çox mühümdür.

Ümummilli lider Heydər Əliyev və cənab Prezident İlham Əliyevin də dəstəyi ilə Axısxa Türkləri Azərbaycanda rəfah içərisində həyatlarına davam edirlər. Sizlərin də bildiyi kimi Nazirlər Kabinetinin qərarı ilə Türkiyə Cümhuriyəti Axısxa Türkləri üçün vətəndaşlıq verməyə başladı. Pandemiyadan öncə Erzincana, Üzümlüyə, Ahlata və başqa yerlərə Axısxa Türkləri yerləşdirilmişdir. Eyni zamanda Ukraynada müharibə səbəbi ilə çətin vəziyyətdə qalan Axısxa Türkləri üçün Türkiyə yenə ən böyük dəstəkçi ölkə olaraq qucaq açmış və qəbul etməyi birinci vəzifə olaraq görmüşdür.

Bugün Türkiyədəki Axısxa Türklərinin sayısı gündən-günə artmaqdadır və biz bununla qürur duyur, xoşbəxt hiss edirik. Axısxa Türklərinə çəkdikləri acıları hiss etdirmədən, unutdurmadan Türkiyədə yaşamaları üçün əllərindən gələni etmək həm Prezidentimiz Rəcəb Tayyib Ərdoğan həm də Xarici İşlər Nazirliyinin hər zaman gündəmində olmuşdur.

Hörmətli Cumhurbaşqanımız Rəcəb Tayyib Ərdoğan Prezident İgamətgahında Axısxa Türklərinin Sürgününün 75-ci ili zamanı Axısxa Türklərini qəbul etdi. Orada Axısxa Türklərinin Rəcəb Tayyib Ərdoğana olan sevgisini və bağlılığını, coşqusunu öz gözlərimlə gördüm, şahidlik etdim. Həmin gün sevinc gözyaşları bir-birinə qarışmışdı. Çox şükür bugün dünyanın hər yerində Axısxa Türkləri daha yaxşı vəziyyətdə yaşamağa davam edirlər. Ancaq Vətən Axısxaya qarşı həsrəti də var. Bu həsrət heçbir zaman bitməyəcək. Öz vətənlərinə qayıtmaq, oraları görmək, vətəndaşlıq almaq, o torpaqlarda yaşamaq, ömürlərinin sonuna qədər orada olmaq kimi birçox arzuları olduğunu görürük, bilirik və şahidi oluruq.

Sürgünün canlı şahidləri gündən-günə azalmaqdadır, Allah onlara uzun ömür versin, başımızdan əskik etməsin. Onların əzmindən, çabalarından daha çoxunu gənc nəslin etməsi çox vacibdir. Əvvəlki görüşlərimizdə, qəbul etdiyim heyətə də dediyim kimi, Axısxa Türkləri uşaqlara, gənclərə sahib çıxmalıdır. Bu vəsilə ilə Axısxa Türkləri gələcəkdə daha da güclü olacaqdır..”

Tədbirin sonunda, 14 noyabr 1944-cü il Axısxa türklərinin sürgünü zamanı vəfat edən sürgün şəhidlərinin anma münasibətilə onların ruhuna Qurani-Kərim oxundu, dualar edildi.

Seçilmiş məqalə

Back to top button