Axısxalı Türk ŞəhidlərDigər XəbərlərXəbərlər

BİNƏLİYEV RAFİQ KAZIM oğlu

Binəliyev Rafiq Kazım oğlu 26 oktyabr 1973-cü ildə Saatlı rayonu, Krasnoselski (indiki Qaranuru) kəndində anadan olmuşdur. Orta təhsilini Saracalar kənd orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra 1992-ci il iyun ayının 11-də Saatlı Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır.

İlk xidmət yeri Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissə oldu. Daha sonra onu Qubadlı rayonuna göndərdilər. Qubadlıdan Astara rayonuna ordan isə yenidən cəbhə bölgəsində göndərildi. 1994-cü il yanvar ayının 31-də Xocavənd rayonu ərazisində itkin düşdü. Uzun müddət davam edən axtarışlar heç bir nəticə vermədi. Qarabağ müharibəsi zamanı itkin düşən Rafiq Binəliyevin vəfatı ilə əlaqədar Saatlı Rayon Məhkəməsinin 12 yanvar 1999-cu il qətnaməsinə əsasən tapılmadığı üçün onun həlak olduğu təsdiqlənmişdir.

Şəhidimizin valideynləri də artıq dünyasını dəyişib. Rafiq Binəliyev əslən Gürcüstan Respublikasının, Ahıska rayonunun, Zazola kəndindən, Hacılar nəslindəndir. Onun valideynləri 1959-cu ildə Özbəkistandan Azərbaycana köç edən onlarla Axısxalıdan biridir. Saatlı rayonu Qaranuru kəndində yaşayan qardaşı Şahlar Binəliyev ilə görüşərək Rafiq haqqında xatirələrini dinlədik:

– Rafiq itkin düşəndən sonra illər boyu zülm zülmətlə yaşadıq. Valideynlərim dünyasını dəyişdi. Atam düz 1 il onu axtardı. Qızıl Ay- para Cəmiyyətinə müraciət etdi. Qardaşımın itkin olduğu haqda da atam hərbi hissəyə onun yanına getdiyi zaman xəbər tutdu. Atam elədə dünyasını dəyişdi. Şəhid qardaşı olmaq çox çətindir.

Şəhid Binəliyev Rafiq də digər Azərbaycan oğulları kimi ən çətin vaxtında vətəninin qulluğunda durdu. Rafiq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tabeliyində olan General Həzi Aslanov adına “N” saylı hərbi hissənin sıravi əsgəri idi. Hərbi hissə Komandiri onun necə vətənpərvər və igid bir əsgər olması barədə Rafiqin valideynlərinə göndərdiyi təşəkkür məktubunda belə yazırdı:

“Hörmətli valideyn!

Vətənimizin bu ağır günündə təzə yaranan Milli Ordumuzun qarşısında böyük sınaqlar durur. Bu müqəddəs işi inamla və əzmlə yerinə yetirmək Milli ordu əsgərlərinin şanlı vəzifəsidir. Vətənin müdafiə qüdrətinin yüksəlməsində qeyrət və namusla xidmət edən oğullardan biri də övladının Binəliyev Rafiq Kazım oğludur. O, cəsarəti və mərdliyi ilə həmişə yoldaşlarına nümunə göstərir. Hərbi təlimin sirlərinə dərindən yiyələnir. Vətən qarşısında içdiyi anda sədaqətlə xidmət edir. 820 saylı hərbi hissənin komandanlığı Vətən üçün belə mərd, vətənpərvər, qeyrətli bir övlad tərbiyə etdiyiniz üçün Sizə təşəkkür edir.

BINALIYEV RAFIQ KAZIM oghlu

Binaliyev Rafig, son of Kazim was born on October 26, 1973 in Garanuru village of Saatli district. He received his secondary education at Sarajalar village secondary school. After graduating from high school, he was called to active military service by the Saatli District Military Commissariat on June 11, 1992.

The first place of service was military unit “N” located in Lankaran. Later, he was sent to Gubadli district. He was sent from Gubadli to Astara region and from there to the frontline. He went missing on January 31, 1994 in Khojavand region. Long-term searches have not yielded any results. According to the decision of the Saatli District Court on January 12, 1999 regarding the death of Rafig Binaliyev, who went missing during the first Karabakh war, it was confirmed that he died because he was not found and there was no information about him.

Rafig Binaliyev is originally from Zazola village, Ahiska district, Republic of Georgia, a descendant of Hacilar. His parents are one of dozens of Ahiska Turks who immigrated from Uzbekistan to Azerbaijan in 1959. The parents of our martyr have already passed away. We met Rafig Binaliyev’s brother, Shahlar Binaliyev, who lives in Garanuru village of Saatli district, and listened to his memories about Rafig:

– After Rafiq disappeared, we lived in darkness for many years. My parents passed away. My father searched for him for exactly 1 year. He applied to the Golden Crescent Society. My father found out about my brother’s disappearance when he went to the military unit to see him. My father passed away. It is very difficult to be a martyr’s brother.

Martyr Binaliyev Rafiq, like other sons of Azerbaijan, served his country in the most difficult time. Rafiq was a private soldier of the “N” military unit named after General Hazi Aslanov under the Ministry of Defense of the Republic of Azerbaijan. The commander of the military unit wrote about how he was a patriot and a brave soldier in the thank you letter he sent to Rafig’s parents:

“Dear parent!

On this difficult day of our country, our newly formed National Army faces great challenges. It is the glorious duty of the soldiers of the National Army to perform this sacred work with faith and determination. One of the sons who served with zeal and honor in the development of Motherland’s defense power is his son Binaliyev Rafig, son of Kazim. He always sets an example to his comrades with his courage and bravery. He deeply learns the secrets of military training. When he drinks in front of his country, he serves loyally. The command of military unit No. 820 thanks you for raising such a brave, patriotic, zealous son for the Motherland.

БИНАЛИЕВ РАФИК КАЗЫМ оглы

Биналиев Рафик Казым родился 26 октября 1973 года в селе Гарануру Саатлинского района. Среднее образование получил в средней школе села Сараджалар. После окончания средней школы 11 июня 1992 года Саатлинским районным военным комиссариатом призван на действительную военную службу.

Первым местом службы стала войсковая часть «Н», расположенная в Лянкяране. Позже его отправили в Губадлинский район. Его отправили из Губадлы в Астаринский район, а оттуда на передовую. Пропал без вести 31 января 1994 года в Ходжавендском районе. Долгие поиски не дали никаких результатов. Согласно решению Саатлинского районного суда от 12 января 1999 года о гибели Рафика Биналиева, пропавшего без вести во время первой карабахской войны, было подтверждено, что он погиб, поскольку не был найден и о нем не было никаких сведений.

Рафиг Биналиев родом из села Зазола Ахыскинского района Республики Грузия, потомок Гаджилара. Его родители — одни из десятков турок-ахысха, иммигрировавших из Узбекистана в Азербайджан в 1959 году. Родители нашего мученика уже скончались. Мы встретились с братом Рафика Биналиева, Шахларом Биналиевым, проживающим в селе Гарануру Саатлинского района, и выслушали его воспоминания о Рафике:

– После исчезновения Рафика мы много лет жили во тьме. Мои родители скончались. Отец искал его ровно 1 год. Он обратился в Общество Красного Полумесяца. Мой отец узнал об исчезновении брата, когда поехал к нему в воинскую часть. Мой отец скончался. Очень трудно быть братом шехида.

Шехид Биналиев Рафик, как и другие сыновья Азербайджана, служил своей стране в самое тяжелое время. Рафик был рядовым воинской части «Н» имени генерала Ази Асланова Министерства обороны Азербайджанской Республики. О том, каким он патриотом и храбрым воином, командир воинской части написал в благодарственном письме родителям Рафика:

“Уважаемый родитель!

В этот трудный для нашей страны день перед нашей недавно сформированной Национальной армией стоят большие задачи. Славный долг солдат Национальной Армии — выполнять эту священную работу с верой и решимостью. Одним из сыновей, с усердием и честью служившим в развитии оборонной мощи Батына, является ваш сын Биналиев Рафик Казым оглы. Он всегда подает пример своим товарищам своим мужеством и отвагой. Он глубоко постигает секреты военной подготовки. Когда он выпивает перед своей страной, он верно служит. Командование в/ч № 820 благодарит Вас за то, что Вы воспитали такого отважного, патриотичного, мужественного сына.

Seçilmiş məqalə

Back to top button