Digər XəbərlərFəaliyyətimizXəbərlər

ATVİB “Xıdır Nəbi” folklor festivalında iştirak etdi

06 May 2022-ci il tarixində Bakı Mədəniyyət Mərkəzi, Ruhulla Axundov adına Mədəniyyət evində “Xıdır Nəbi” bayramına həsr olunmuş folklor festivalı keçirilib.

Folklor festivalında azsaylı xalqların milli mətbəxləri və rəqsləri sərgiləndi.

Folklor festivalında ATVİB İdarə Heyətinin üzvləri, birliyin sədr müavini Mövlud Işık, bölgə rəhbəri Mühiddin Xəlilov, Bakı-Abşeron-Sumqayıt bölgə rəhbəri Yusif Asimov, mətbuat katibi Paşali Paşaliyev, bölgələrdən gələn qonaqlar, “Adıgün Türk Xalq Folklor Kollektivi” və azsaylı xalqların nümayəndələri iştirak etdi.

Folklor festivalın rəsmi hissəsində azsaylı xalqların ümayəndələrinin çıxışları olub.

Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin sədr müavini Mövlud Işık çıxışı zamanı Axısxa Türklərinin Azərbaycana gəlişi haqqında məlumat verərək Axısxa Türklərinin Azərbaycanı öz vətəni hesab etdiklərini bildirdi.

Axısxa Türkləri 1958-60 və 1989-cu illərdə Azərbaycana gəldikləri zaman Azərbaycan dövlətinin və xalqının Axısxa türklərinə sahib çıxdığını, evlərini və süfrələrini paylaşdığını, Axısxa Türklərinin isə bunun qarşılığında vətəndaşlıq borcu ilə yanaşı bir vəfa nümunəsi göstərərək Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiklərini, I Qarabağ müharibəsində 82 şəhid, Vətən müharibəsində isə 9 şəhid verdiklərini, 1 Vətən müharibəsi qəhrəmanı olduğunu və şəhidlərimizin bizim qürur mənbəyi olduğunu bildirdi.

Axısxa Türklərinin, Dünya Ahıska Türkleri Birliğinin (DATÜB) sədri Ziyatdin Kassanov və Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyi (ATVİB) sədri Xalid Xəlilovun salamlarını və “Xıdır Nəbi” bayramı münasibətilə təbriklərini çatdırdı.

Sonda isə Azərbaycanda mövcud olan Multikultural dəyərlər işığında Azərbaycanın daha da güclənməsi və qüdrətlənməsi üçün var gücləri ilə çalışacaqlarını qeyd edən Birliyin sədr müavini, Xıdır Nəbi Bayramına həsr olunmuş folklor festivalının keçirilməsində əməyi keçən hərkəsə təşəkkür edərək bir daha hərkəsin “Xıdır Nəbi” Bayramını təbrik etdi.

Folklor festivalının bədii hissəsində “Adıgün Türk Xalq Folklor Kollektivi”, “Axısxanın qızları” və “Şuşanın dağları” rəqslərini nümayiş etdilər.

Xatırladaq ki, “Adıgün Türk Xalq Folklor Kollektivi”, “Xarıbülbül” Beynəlxalq Şuşa Festivalına Bakı şəhərində Müslüm Maqomayev adına Filarmoniyada keçirilən kollektivlərə baxış müsabiqəsindən keçərək “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olan Şuşada, Cıdır düzündə 12-13-14 May tarixində keçiriləcək Festivalda iştirak edəcək.

Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinə (ATVİB) “Xıdır Nəbi Folklor Festivalı”-nda fəxri qonaq kimi iştirak etdiyi üçün Ruhulla Axundov adına Mədəniyyət evi tərəfindən plaket təqdim edildi.

Tədbirin sonunda isə Mövlud Işıkın müəllifi olduğu “Axısxalı Şəhidlər” kitabı Müəllif və Birlik üzvlərinin iştirakı ilə Qafqaz Müsəlmanları İdarəsinin Səlahiyyətli nümayəndəsi, Qazı, Axund Hacı Soltan Əlizadəyə təqdim edildi.

Başda Yaşar Hürüşanov olmaqla Axısxa Türklərini, iştirak etdikləri bütün tədbirlərdə layiqincə təmsil edən “Adıgün Türk Xalq Folklor Kollektivi”nə təşəkkür edirik.

Seçilmiş məqalə

Back to top button