Digər XəbərlərFəaliyyətimizManşetXəbərlər

ATVİB ofisində gənclərlə bağlı toplantı keçirildi.

14 yanvar 2023-cü il tarixində Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin ofisində ATVİB İdarə Heyətinin sədri Xalid Xəlilov’un rəhbərliyində, birlik sədrinin birinci müavini Yusif Səfərov, müavin Mövlud İşık, Bakı-Abşeron-Sumqayıt bölgə rəhbəri Yusif Asimov, akademisyen Dr. Əhməd Asimov, birlik fəalları və gənclərin iştirakı ilə toplantı keçirildi.
Toplantıda, Türkiyənin Yurtdışı Türklər və Əqraba Topluluqlar Başqanlığının Türkiyə Təqaüdləri programına müraciət edəcək Axısxalı türk şagirdlərə ATVİB’in təhsil komissiyası tərəfindən ixtisas seçimi və sənədlərin sistemə yüklənilməsi prosesində PULSUZ şəkildə dəstək göstərilməsi qərara alınmışdır.
Bununla bağlı Axısxa türklərinin toplum halda yaşadıqları bölgələrdə yerləşən məktəb direktorlarının və müraciət edəcək namizədlərin qatıldığı whatsup qrupu qurulmuşdur.


Əlaqə və PULSUZ dəstək üçün ATVİB sədrinin birinci müavini və Təhsil Komissiyasının sədri Yusif Səfərova müraciət edə bilirsiniz.
Telefon: +994 50 319 35 49

Seçilmiş məqalə

Back to top button