Digər XəbərlərFəaliyyətimizXəbərlər

ATVİB Azərbaycan Respublikasının Milli Qəhrəmanı İsgəndər Aznaurovun əziz xatirəsinə həsr edilmiş FUDOKAN idman növü üzrə Bakı turnirində iştirak etdi

30 aprel 2022-ci il tarixində Bakı şəhərində, Hövsan Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Milli Qəhrəmanı İsgəndər Aznaurovun əziz xatirəsinə həsr edilmiş FUDOKAN idman növü üzrə Bakı turniri keçirildi.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi turnirin rəsmi hissəsində Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) sədri, DATÜB Təmsilçisi Xalid Xəlilov, ATVİB İdarə Heyəti, Milli Qəhrəmanımız İsgəndər Aznaurovun ailəsi və bölgələrdən gələn Axısxa türkləri iştirak etdi.

ATVİB İH olaraq, Gənclər və İdman Nazirliyinə bu gözəl tədbirə dəvət üçün təşəkkür edir, yarışda iştirak edən idmançılara gələcək həyatldarında uğurlar arzu edirik.

Seçilmiş məqalə

Back to top button